Bir neçə saat əvvəl Rusiyanın Leninqrad vilayətində qəzaya uğrayan “Piper-150” kiçik mühərrikli təyyarə yerə çırpılmamışdan əvvəl havada digər təyyarə ilə toqquşub.
7times.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə qəzanı araşdıran Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.
“Cessa” təyyarəsinin pilotu uçuş həyata keçirərkən göyərtəsində pilot və iki sərnişin olan “Piper-150” təyyarəsi ilə uçuş zolağında toqquşub.
“Cessa” təyyarəsi yüngül zədələnib, pilot təhlükəsiz eniş edə bilib”, – Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğunun yaydığı məlumatda bildirilir.
Prokurorluq həmçinin “Piper-150” təyyarəsinin yerə çırpılması nəticəsində üç nəfərin həlak olduğunu təsdiqləyib.
mediapost.az
Follow @7timesaz