Donbasdakı separatçıların sabiq lideri və “dxr”-in sabiq “müdafiə naziri” İqor Strelkov(Qirkin) hazırda Rusiyada baş verənləri “vətəndaş müharibəsi” adlandırıb.
“AzPolitika.info” xəbər verir ki, öz “Telegram” kanalında paylaşım edən Strelkov Priqojinin Rostovu nəzarətə götürməsini onun bu müharibədəki ilk uğuru hesab edir: “Səhər tezdən Priqojin Rostovu götürdü. Cənub Hərbi Dairəsi və Rostov Daxili İşlər İdarəsi, böyük ehtimalla həm də Rostov FTX-sı onun nəzarətindədir. Evkurov və Alekseyevlə danışıqlar aparır. Moskvaya gedəcəyi ilə hədələyir. Rusiya ordusuna aid üç vertolyotu vurması ilə öyünür və yenə vuracağını vəd edir. O, ilk böyük uğurunu qazandı. İndi vətəndaş müharibəsi olacaq, ya dərhal, ya da bir az sonra”.Daha bir Donbas separatçısı Pavel Qubarev isə Rusiyanı vətəndaş müharibəsi ilə birgə ağır və qanlı günlər gözlədiyini bildirib. O, bu gedişlə Rusiyanın Luqansk və Donetski, həmçinin Krımı itirəcəyini proqnozlaşdırıb.
Follow @7timesaz