Dünya

Rusiyada xarici xəbər agentlikləri bağlanacaq – QƏRAR

Rusiyada xarici xəbər agentlikləri bağlanacaq – QƏRARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada xarici xəbər agentlikləri bağlanacaq.

7Times.az bildirir ki, bu barədə Dövlət Dumasının alt palatası qərar qəbul edib.

Belə ki, Rusiyada xarici xəbər agentlikləri tərəfindən “düşmənçilik”  nümayiş etdirildiyi halda,  prokurorlara onların ofislərini bağlamaq səlahiyyəti verən qanun təsdiqlənib. Qanun layihəsinə əsasən, bağlanan xarici xəbər qurumlarının jurnalistlərinin akkreditasiyası da ləğv ediləcək. Duma deputatları bununla bağlı, “Mövcud geosiyasi vəziyyətdə KİV cəmiyyətin bilik statusuna təsir alətinə çevrilib”, –  deyə bildiriblər.

Rusiyalı deputat Andrey Luqovoy təsdiq edilən qanun layihəsi ilə bağlı bunları deyib:

“Qərb dövlətlərinin Rusiya mediasına qarşı hərəkətlərinə eyni şəkildə cavab verə biləcəyik. Son 2 ayda bu dövlətlərdə yayımlanan Rusiya KİV-lərinin qeyri-qanuni və qəti şəkildə sağlam düşüncəyə zidd olaraq dayandırıldığını müşahidə edə bilərik”.

Luqoyov onu da xatırladıb ki, qanun layihəsinə əsasən, baş prokuror və onun müavinlərinin həmin KİV-lərin yayım lisenziyasını ləğv etmək və ya onlara xitam vermək hüququ var.

Dumada birinci oxunuşda qəbul edilən qanun layihəsi, həmçinin prokurorluq tərəfindən bağlanmış xəbər agentliklərinin məqalə və ya digər materialların yaymasını da qadağan edir. Qanun layihəsinin qüvvəyə minməsi üçün onu Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası təsdiq etməli, sonra isə Rusiya prezidenti Vladimir Putin imzalamalıdır.

Xatırladaq ki, ötən ilin martında Putin Rusiya hərbçiləri haqqında qəsdən “saxta” xəbərlər yayanlara 15 ilə qədər həbs cəzası verən qanun imzalamışdı.