Rusiyada may ayında yeni minik avtomobillərinin və yüngül kommersiya avtomobillərinin satışı 83,5% azalıb.
7Times.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Avropa Biznes Assosiasiyasının (AEB) məlumatında deyilir.
Mayda 24 268 avtomobil satılıb ki, bu da bir il əvvəlkindən 123 110 ədəd azdır. Satışların böyük hissəsi “Lada”dan (6 012 avtomobil) ibarət olub ki, bu da 2021-ci ilin may ayı ilə müqayisədə 84 faiz azalıb. İkinci yerdə 3606 avtomobillə “Kia” (81 faiz azalma), üçüncü yerdə isə 2916 avtomobillə “Hyundai” (82 faiz azalma) qərarlaşıb.Yanvar-may aylarında isə ümumi satışlar yarıdan çox azalıb. Ötən ilin ilk 5 ayında 663 min avtomobil satıldığı halda bu il 318 min avtomobil satılıb.
Follow @7timesaz