Dünya

Rusiyada yeni səfərbərlik iddiaları güclənir – Hökumət KİV-lərə məktub göndərib…

Rusiyada yeni səfərbərlik iddiaları güclənir – Hökumət KİV-lərə məktub göndərib…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddətdir xarici KİV-lərdə, eləcə də müxalifyönlü Rusiya saytlarında Kremlin səfərbərlik hazırlığı içərisində olduğuna dair iddialar yayılıb.

“AzPolitika.info” xəbər verir ki, bu iddiaların fonunda, Kremlin media qurumlarına xəbərdarlıq məktubu göndərdiyi bildirilir.

Rusiyanın “Meduza” nəşri yazır ki, mesajda media qurumlarına tapşırılıb ki, onlar bu xəbəri səfərbərlik yox, müqaviləli əsgərlərin orduya cəlb olunması kimi təqdim etsinlər. Sözügedən məktubdakı təlimatları oxuduğunu iddia edən adı açıqlanmayan bir mənbə “Meduza”-ya bildirib ki, “əgər hökumət bu xəbəri inkar edirsə, deməli, mütləq olacaq”.

Qeyd edək ki, son vaxtlar yayılan iddialara görə, Rusiya növbəti səfərbərlik dalğası ilə orduya əlavə 170-175 min arası hərbçi toplamaq istəyir.