Rusiyadakı diasporumuz Xalq Birliyi Günü bayram tədbirində iştirak edib

Rusiyadakı diasporumuz Xalq Birliyi Günü bayram tədbirində iştirak edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 4-də Rusiyadakı Azərbaycan diasporu Moskvadakı Kovorkinq Mərkəzində keçirilən onlayn Xalq Birliyi Günü bayram tədbirində iştirak edib. Azerforum.com xəbər verir ki, Kovorkinq Mərkəzi tərəfindən keçirilən “Biz birik, biz yenilməzik” onlayn aksiyasında Moskva şəhərinin Qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin üzvləri də işltirk edib.

Moskva şəhərinin Qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Əli Kazımov bütün Rusiya vətəndaşlarını Xalq Birliyi Günü münasibətilə təbrik edib: “Rusiya bir çox azərbaycanlılar üçün ikinci Vətəndir. Onlar ləyaqətlə yaşayırlar; təhsil alırlar, işləyirlər, ölkəmizin inkişafına öz töhfələrini verirlər və bütün ictimai sosial əhəmiyyətli tədbirlərdə fəal iştirak edirlər.

Xalqlar arasında sülh və dostluğun olması vacibdir. Həyatınızda bütün yaxşı və səmərəli planlar uğurla həyata keçirilsin! Sizə ailələrdə qarşılıqlı hörmət, sevgi və firavanlıq, cansağlığı və sevinc arzulayırıq!”.

Xatırladaq ki, müasir Rusiyanın dövlət bayramları arasında Xalq Birliyi Günü xüsusi yer tutur. Bu yeni ümumxalq bayramı ilk dəfə 4 noyabr 2005-ci ildə qeyd edilib./azerforum