Hadisə

Rusiyadan ailəsinin yanına qayıtdığı gün maşın vurub öldürdü

Rusiyadan ailəsinin yanına qayıtdığı gün maşın vurub öldürdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7times.az  xəbər verir ki,  ” Qafqazinfo”nun məlumatına görə, hadisə ötən axşam rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bakıdan gəldiyi avtomobildən yol ayrıcında düşən rayonun Nəsimi kənd sakini, 1975-ci il təvəllüdlü Bağışov Rafət Abiddin oğlunu maşın vurub.

Xəsərət alan şəxs xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, 5 ay öncə Rusiyaya işləməyə gedən R.Baxışov ötən gün ailəsinin yanına qayıdırmış.

Surxay Şahbazov