Hadisə

Rusiyadan dəhşətli xəbər gəldi: Ölənlər var

Rusiyadan dəhşətli xəbər gəldi: Ölənlər varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Moskva vilayətinin Stupino şəhərində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin Mətbuat Xidmətindən “RİA Novosti”yə bildirilib.

Məlumata görə, hadisə çoxmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində baş verib. Hadisənin nasazlıq səbəbindən məişət qazı xəttində sızmadan baş verdiyi bildirilib.

Qeyd olunub ki, qəzanın nəticələrinin aradan qaldırmaq üçün hadisə yerinə 59 nəfər, 20 texnika cəlb edilib.