Hərbi

Rusiyadan raket zərbələri: Lvovda 4 nəfər öldü – YENİLƏNİB

Rusiyadan raket zərbələri: Lvovda 4 nəfər öldü – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Lvov vilayətinin Zoloçiv rayonuna Rusiyanın raket zərbələri nəticəsində 4 nəfər həlak olub.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyası məlumat yayıb.

 

Həmçinin Odessa vilayətinə də raket zərbələri endirilməsi barədə məlumatlar var.

 

***

 

Ukraynanın paytaxtı Kiyev şəhərində silsilə partlayışlar baş verib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.

 

O, paytaxtının Svyatoşinski rayonunda partlayış baş verdiyini açıqlayıb. Mer, həmçinin yaşayış binalarından birinin həyətində avtomobillərin yandığını deyib.

 

İki nəfərin partlayışlar nəticəsində həlak olduğu barədə də məlumatlar var.

 

Qeyd edək ki, bu gecə Kiyevdə daha bir partlayış baş vermişdi.