“Mavi axın” Qara dəniz qaz kəməri ilə Rusiya Federasiyasından Türkiyəyə qazın nəqli planlı təmir işləri başa çatdıqdan sonra bərpa edilib.
7Times.az “Interfax”a istinadla xəbər verir ki, magistralın obyektlərində tədarükün azaldılmasını və dayandırılmasını nəzərdə tutan planlı işlərin kompleksi 2022-ci il mayın 17-dən mayın 30-dək nəzərdə tutulmuşdu.
“Mavi axın” 2003-cü ildə istismara verilib. 2021-ci ildə kəmərlə qazın nəqli təxminən iki dəfə artaraq 15,98 milyard kubmetrə çatıb. Qaz kəməri sutkada 47,355 milyon kubmetr qaz nəql edə bilir.
Follow @7timesaz