“İyulun 20-dən Qara dənizdən Ukrayna limanlarına gedən bütün gəmilər potensial hərbi yükdaşıyıcı kimi qəbul ediləcək. Bu cür bayraqlı gəmilərin ölkələri Ukraynadakı Kiyev rejimi tərəfindən münaqişəyə cəlb olunmuş dövlətlər hesab olunacaqlar”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir. Nazirlik “Taxıl sazişi”nin başa çatması ilə əlaqədar Qara dənizdən Ukraynaya yük daşıyan ölkələrə xəbərdarlıq edib.
Rusiya Qara dənizin şimal-qərb və cənub-şərqindəki beynəlxalq suları “müvəqqəti təhlükəli zona” elan edib.
Qeyd edək ki, Ukraynaya taxıl daşıyan gəmilərin əksəriyyətinin Türkiyəyə məxsus olması, bu mesajın qardaş ölkəyə yönəldiyi ilə bağlı şübhələrə səbə olub.
Follow @7timesaz