Dünya

“Rusiyanı mümkün qədər tez tərk edin” – Hərbi çağırışdan imtina edənləri nələr gözləyir?

“Rusiyanı mümkün qədər tez tərk edin” – Hərbi çağırışdan imtina edənləri nələr gözləyir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ilk səfərbərlik dalğasından yeddi aydan çox keçir və artıq ikinci dalğayla bağlı spekulyasiya artır. Ukraynadakı müharibəyə getmək istəməyən rusiyalılar yeni əngəllərlə üzləşə bilərlər.

Artıq Prezident Vladimir Putinin imzaladığı yeni qanun səlahiyyətli orqanlara çağırışçılara və ehtiyatda olanlara elektron vərəqə göndərmək imkanı verir.

Kreml sentyabrda 300 min nəfərin Ukrayna müharibəsinə səfərbər olunması elanını verəndən ölkədən hərbi yaşda olan rusiyalı kişilər və ailələrin axını güclənib. Yüzminlərlə rusiyalı qonşu ölkələrə, digər yerlərə üz tutdu. Ancaq yeni qaydalar onların xaricə gedən yolunu çətinləşdirə bilər. Üstəlik, bir çox ölkələrdə viza dəyişiklikləri rusiyalıların xaricdə daha uzun müddətə qalmasını da əngəlləyəcək. “Ümumi tövsiyə budur ki, mümkün qədər tez çıxın”, – “Birinci şöbə” insan haqları qrupunun başçısı İvan Pavlov “Current Time”a deyib. Onun sözlərinə görə, yeni qanun hərbi dairələrə Ukraynanın yeni hücuma hazırlaşması ərəfəsində sıralarını sürətlə doldurmağa mexanizm təqdim edə bilər.

Aprelin 14-də imzalanmış qanuna görə, yerli hərbi komissarlıqlar çağırışları elektron qaydada göndərəcəklər və artıq “Qosusluqi” elektron xidmətlər portalına salınan kimi qüvvəyə minmiş sayılacaq. Qanunla hərbi xidmətə yararlı bütün şəxslərin elektron reyestri, eləcə də hərbi xidmətə çağrılanların açıq siyahısı yaradılacaq.