Dünya

“Rusiyanın 260 milyardlıq aktivlərindən istifadə ilə bağlı ilk addımlar atılır” – ABŞ nəşri

“Rusiyanın 260 milyardlıq aktivlərindən istifadə ilə bağlı ilk addımlar atılır” – ABŞ nəşribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G7 ölkələri Rusiya Mərkəzi Bankının Avropada dondurulan 260 milyard avroluq aktivlərindən Ukraynanın xeyrinə istifadə etmək üçün ilk addımları atmağa başlayıblar.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-nin “Financial Times” nəşrində yayımlanan məqalədə bildirilir.

Qeyd olunur ki, Avropa rəsmiləri Rusiya aktivlərinin Kiyevə necə köçürülməsi üzərində işləyirlər. Bildirilir ki, bu gün Aİ-yə üzv ölkələrin nümayəndələri bu məsələni müzakirə etmək üçün bir araya gəliblər.

Məqalədə o da qeyd olunur ki, Rusiyanın Avropada dondurulmuş aktivlərinin əsas hissəsinin (210 milyard avro) saxlandığı Almaniya, Fransa və Belçika kimi ölkələr hələ də bu müsadirə məsələsində narahatdırlar. Xüsusilə, Avropa Şurasına sədrliyi üzərinə götürən və Rusiyanın 191 milyard avroluq vəsaitinin dondurulduğu Belçikanın sözügedən məsələdə böyük narahatlıq keçirdiyi vurğulanır.

Lakin buna baxmayaraq, artıq ABŞ liderliyində G7 ölkələrinin bu məsələni ətraflı şəkildə müzakirə etdiyi bildirilir.