Rusiyanın Kamçatka diyarında püskürən güclü vulkanın dəniz səviyyəsindən 15 kilometr yüksəkliyə kül atması səbəbindən aviasiya üçün ən yüksək – “qırmızı” təhlükə həyəcanı verilib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kamçatka diyarının Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Məlumatda, həmçinin qeyd olunub ki, küləyin istiqamətini nəzərə alaraq, kül şleyfi vulkandan cənub-şərq istiqamətində yayılır.
Follow @7timesaz