Rusiyanın Marseldəki konsulluğunda partlayış baş verib.
7Times.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, yanğınsöndürmə xidməti partlayışın səhər saat 08:00-a qədər (Bakı vaxtı ilə 11:00) baş verdiyini bildirib.
“Fransanın Marsel şəhərindəki Rusiya konsulluğunun bağçasına naməlum şəxslər iki molotov kokteyli atıb”, – deyə “Valeurs Actuelles” qəzeti polisdəki mənbəyə istinadən yazıb.
“Polisdəki mənbələrin məlumatına görə, bu gün səhər saatlarında konsulluğun bağçasına iki “Molotov kokteyli” atılıb. Yaxınlıqda oğurlanmış avtomobil tapılıb”, – mətbuat yazır.
Rusiya konsulluğu Marselin 8-ci dairəsində Ambroise Pare prospektində yerləşir. Hadisə yerində 30-a yaxın yanğınsöndürən və polis əməkdaşı işləyir. Ölən və yaralananların olmadığı bildirilir.
Follow @7timesaz