Dünya

“Rusiyanın ərazilərimizdə seçki keçirməsi qanunsuzdur” – Ukrayna XİN

“Rusiyanın ərazilərimizdə seçki keçirməsi qanunsuzdur” – Ukrayna XİNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın işğal olunmuş ərazilərimizdə prezident seçkilərini keçirmək qərarı qeyri-qanunidir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Ərazilərimizdə Rusiya seçkilərinin keçirilməsi Ukrayna Konstitusiyasını və qanunvericiliyini, beynəlxalq hüququn norma və prinsiplərini, xüsusən də BMT Nizamnaməsini kobud şəkildə pozur. Bu seçki prosesi, keçmişdəki digər oxşar təbliğat cəhdləri kimi etibarsız sayılacaq”, – məlumatda bildirlib.

Qeyd edilib ki, Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində – Krım Muxtar Respublikasında, Sevastopolda, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin müəyyən ərazilərində səsvermə məntəqələri təşkil etmək niyyətlərini açıqlayıb.

Xatırladaq ki, Rusiya Mərkəzi Seçki Komissiyası növbəti prezident seçkilərinin 2024-cü il martın 17-də keçiriləcəyini elan edib.