Araşdırma

Rusiyanın məğlubiyyəti bu ölkələrdə hakimiyyət dəyişikliyinə SƏBƏB OLACAQ

Rusiyanın məğlubiyyəti bu ölkələrdə hakimiyyət dəyişikliyinə SƏBƏB OLACAQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın Rusiya ilə barışacağına dair ümidlər bir az sadəlövhlükdür, baxmayaraq ki, boğulan adam həmişə saman çöpündən yapışır”.

Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

O bildirib ki, ABŞ-ın Ukrayna siyasəti Qafqazdakı strategiyası ilə birə-bir eynilik təşkil edir:

“Ukraynaya münasibət, yardımın həcmi və sürəti fərqli ola bilər. Amma bunun artıq Rusiya ilə heç bir əlaqəsi yoxdur. Rusiya ilə bağlı qərar Ramşteyndə verilib, hər şey götür-qoy edilib, digər variantlar artıq sırf nəzəri hesab olunur. Ona görə də açıq deyək – Rusiyanın itirəcək heç nəyi yoxdur və eyni zamanda onun itirəcək bir şeyinin olmaması heç bir şey demək deyil. İndi Kremlin qarşısında duran vəzifə mövcud hakimiyyətin ömrünü uzatmaqdır. Bunun üçün isə intihardan başqa hər şeyi edəcəklər.

Rusiyada hazırki rejim hakimiyyətdən gedəndən sonra böhranın nə qədər dərin olacağını və yeni Rusiyanın hansı sərhədlərdə olacağını müzakirə etmək mənasızdır. Biz Rusiya qonşuları sadə bir şeyi başa düşməliyik – sistemik böhran başlayandan sonra Moskvada sərt praqmatistlər hakimiyyətə gəlməyi qaçılmaz olacaq, əsas vəzifələri də ölkəni mümkün olan formada qorumaq olacaq. Belə vəziyyətdə rus qonşularının əsas vəzifəsi vaxtında tutduqları ərazilərdən qaçmaq olacaq. Amma problem ondadır ki, indi biz qaçmalıyıq, başqa yol yoxdur. Kimisi artıq başlayıb, kimisi çalışır amma bacarmır.

Rusiya Federasiyasının çökməsi Gürcüstanda hakimiyyət dəyişikliyi ehtimalının yeganə “driver”i funksiyasını yerinə yetirə bilər. NATO artıq Ukraynadadır. ABŞ-ın Ukrayna siyasəti Qafqazdakı strategiyası ilə birə-bir eynilik təşkil edir”.