ABŞ Dövlət Departamenti Rusiyanın müdafiə sektorunda çalışan 11 nəfərə qarşı cəza sanksiyaları tətbiq edib.
7Times.az bildirir ki, 11 generalın siyahısı belədir:
1. Rusiya Milli Qvardiyasının komandanı Viktor Zolotov
2. “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev
3. Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqayov
4. Rusiyanın müdafiə nazirinin müavini Aleksey Krivoruçko
5. Rusiyanın müdafiə nazirinin müavini Timur İvanov
6. Rusiyanın müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov
7. Rusiyanın müdafiə nazirinin müavini Dmitri Bulqakov
8. Rusiyanın müdafiə nazirinin müavini Yuri Sadovenko
9. Rusiyanın müdafiə nazirinin müavini Nikolay Pankov
10. Rusiyanın müdafiə nazirinin müavini Ruslan Tsalikov
11. Rusiyanın müdafiə nazirinin müavini Gennadi Jidkov
Sanksiya siyahıda olan şəxslərin ABŞ-dakı, habelə ABŞ vətəndaşları olan şəxslərin idarəçiliyindəki bütün əmlaklarına və bank hesablarına tətbiq olunub.
Bundan başqa, siyahıdakı şəxslərə məxsus bütün hüquqi şəxslər bloklanır. (Milli.Az)
Follow @7timesaz