Dünya

Rusiyanın nüvə silahı daşıyan 2 təyyarəsi İsveçin hava məkanını pozdu

Rusiyanın nüvə silahı daşıyan 2 təyyarəsi İsveçin hava məkanını pozdubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nüvə silahı daşıyan iki Rusiya hərbi təyyarəsi İsveçin hava məkanını pozub.

“Unikal” xəbər verir ki, bu barədə  “Euractiv” məlumat yayıb.

Məlumata görə, qanun pozuntusu İsveçi qorxutmaq üçün qəsdən atılan addımdır.

Hadisə baş verən zaman İsveç Silahlı Qüvvələri Rusiya təyyarələrinin Rusiyanın Kalininqraddakı aviabazasından havaya qalxan iki “Su-27” qırıcısı və iki “Su-24” hücum təyyarəsinin görüntülərini yaymışdı.

Mənbələr hər iki təyyarənin də nüvə silahı ilə təchiz edildiyini bildirib.

Döyüş təyyarələri təxminən bir dəqiqə İsveçin hava məkanında olub.