Aktual

Rusiyanın təcavüzünü dəstəkləyən ukraynalıların aktivləri müsadirə olunacaq

Rusiyanın təcavüzünü dəstəkləyən ukraynalıların aktivləri müsadirə olunacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski qanun imzalayıb. Sənədə əsasən Rusiyanın təcavüzünü dəstəkləyən ölkə vətəndaşlarının aktivlərinin müsadirə olunmasına icazə verilir.

Bu qanun Ali Rada tərəfindən 12 may 2022-ci ildə bəyənilib

Qeyd edək ki, hələ mart ayından Ukraynada Rusiya obyektlərinin və onun rezidentlərinin mülkiyyətinin müsadirəsinə icazə verən qanun fəaliyyət göstərir.

Bundan əvvəl, mayın 20-də Ukrayna lideri çoxtərəfli beynəlxalq müqavilə bağlamağı təklif edib. Bu sənədə görə, Rusiyanın xaricdəki aktivlərinin konfiskasiyası və onların müharibədən zərərçəkmişlərə verilməsi nəzərdə tutulur.