Rusiya baş nazirinin müavini Aleksandr Novak “Enerji Siyasəti” jurnalı üçün köşə yazısında yazıb ki, Rusiyanın təxminən 68 trilyon kubmetr qaz ehtiyatı var.
7Times.az xəbər verir ki, Novakın yazdığına görə, bu, İrandan iki dəfə, Qətərdən üç dəfə böyükdür.
“Ev təsərrüfatlarının və sənaye müəssisələrinin qaz yanacağına keçirilməsi ölkə iqtisadiyyatı üçün multiplikativ effekt əldə etməyə imkan verir”, – deyə Baş nazirin müavini əlavə edib.
Novak Rusiyanın LNG planlarından da bəhs edib.
Modern.az
Follow @7timesaz