Dünya

Rusiyanın Ukraynada müharibəsi bir rübdə ölkə iqtisadiyyatını dörd il geriyə atıb… – Bloomberg

Rusiyanın Ukraynada müharibəsi bir rübdə ölkə iqtisadiyyatını dörd il geriyə atıb… – Bloombergbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiyanın ümumi daxili məhsulu ikinci rübün yekunlarına görə 4, 7 faiz azalıb…”
“Rusiya iqtisadiyyatı 2018-ci ilin ikinci rübünün göstəricilərinə dönüb…”
“İqtisadiyyat ən yaxşı halda 2023-cü ilin ortalarına özünün ən aşağı nöqtəsinə çatacaq…”
“Rusiyada yanacaq istehsalı ilin sonuna 20 faiz aşağı düşəcək…”
Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsi müharibə başlanandan sonra birinci rübdə Rusiya iqtisadiyyatını dörd il geriyə atıb, bu da ölkəni tarixdə ən uzun çəkən çöküşlərdən birinə düçar edib.
7Times.az  xəbər verir ki, bu barədə “Bloomberg” iqtisadi nəşri yazıb.
Hesablamalara görə, 2022-ci ilin əvvəlində inkişafa meyl edən Rusiya iqtisadiyyatı müharibə başlanandan dərhal sonra nəzərəçarpacaq dərəcədə ləngiməyə başlayıb.
Dərc edilən məlumatlar göstərir ki, ölkənin ümumi daxili məhsulu ikinci rübün yekunlarına görə, (aprel-iyun) analitiklərin orta dəyərləndirməsinə uyğun olaraq, il ərzində ilk dəfə 4, 7 faiz azalıb.
“İqtisadiyyat dörd artım ilini itirərək, 2018-ci ilin ikinci rübünün göstəricilərinə dönüb, – iqtisadçı, Rusiya üzrə mütəxəssis Aleksandr İsakov vəziyyəti belə dəyərləndirir. – Biz gözləyirik ki, dördüncü rübdə tələbi dəstəkləyən daha yumşaq pul-kredit siyasəti sayəsində azalma ləngiyəcək.
Bununla yanaşı, 2023-cü ildə iqtisadiyyat daha 2 faizini itirəcək, çünki Avropanın enerjidaşıyıcılarına qoyduğu qadağa ixracı azaldacaq”.
Ukraynaya hücumla bağlı Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar Rusiya ticarətini pozub və avtomobilqayırma kimi sahələri iflic edib, bu zaman istehlak məsrəfləri dayanıb. Rusiya iqtisadiyyatının azalması ilkin proqnozlaşdırıldığından hələlik çox sürətli olmamasına rəğmən, Rusiya Bankı növbəti rüblərdə azalmanın dərinləşməsini proqnozlaşdırır, növbəti ilin ikinci rübünədək Rusiya ÜDM-in bərpasını gözləmir.
“Böhran çox rahat trayektoriya ilə hərəkət edir, – “SentrKredit” bankında Rusiya üzrə aparıcı mütəxəssis Yevgeni Suvorov buna əmindir. – İqtidadiyyat ən yaxşı halda 2023-cü ilin ortalarına özünün ən aşağı nöqtəsinə çatacaq”.
Nəşr qeyd edir ki, Rusiya Bankı bazarlarda təlatümün və rublun dəyərdən düşməsinin kapitalın hərəkətinə nəzarət etməklə və faiz dərəcələrini kəskin surətdə artırmaqla qarşısını almağı bacarıb. Son aylarda vergi-büdcə stimullaşması və pul-kredit siyasətinin yumşaldılması beynəlxalq sanksiyaları yumşaltmaqla səmərə verib.
Rusiyada neft hasilatı bərpa edilməyə başlayıb, ev təsərrüfatlarının məsrəfləri sabitləşib.
Rusiya iqtisadiyyatı üçün enerjidaşıyıcılarının Avropaya tədarüklə bağlı qarşıdurma da yeni risklər yaradır. Bununla yanaşı, “Bloomberg” Beynəlxalq energetika agentliyinin dəyərləndirməsini də xatırladır. Buna uyğun olaraq, Rusiyada aylıq neft hasilatının aşağı düşməsi artıq avqust ayında başlayacaq, ilin sonuna yanacaq istehsalı 20 faiz aşağı düşəcək.
Rusiyanın Mərkəzi Bankının dəyərləndirməsinə görə, ölkə iqtisadiyyatı ikinci rübdə 4, 3 faiz aşağı düşüb.
“Rusiyada iqtisadiyyatın aşağı düşməsi 2022-ci ilin yekunlarına görə apreldə göründüyündən o qədər də dərin olmayacaq, – Mərkəzi Bankın pul- kredit siyasəti haqqında avqustun 1-də dərc etdiyi növbəti hesabatında deyilir. – Eyni zamanda şok təklifin təsiri altında zamanına görə daha uzunmüddətli ola bilər”.