Hərbi

Rusiyanın Ukraynadakı itkiləri artdı: daha 880 nəfər

Rusiyanın Ukraynadakı itkiləri artdı: daha 880 nəfərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 24 saat ərzində ukraynalı müdafiəçilər 880 rus işğalçısını məhv ediblər.

7Times.az  xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, tammiqyaslı işğal başlayandan bəri düşmənin ümumi döyüş itkiləri təxminən 387 940 nəfər təşkil edib.

Düşmənin çoxlu texnikası da məhv edilib:

Tanklar – 6341 (son 24 saat ərzində +10);

Zirehli döyüş maşınları – 11805 (+13);

Artilleriya sistemləri – 9300 (+26);

Əməliyyat-taktiki səviyyəli PUA – 7161 (+15);

Raket yaylım atəş sistemləri – 979 (+1);

Avtomobil avadanlığı və yük maşınları – 12352 (+36);

Xüsusi texnika – 1473 (+3).

Tam miqyaslı işğalın əvvəlindən düşmənin 663 hava hücumundan müdafiə sistemi, 332 təyyarəsi, 324 helikopteri, 1847 qanadlı raketi, 24 gəmi/kateri və 1 sualtı qayığı da məhv edilib.