Dünya

Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində səkkiz nəfər ölüb

Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində səkkiz nəfər ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətinin Belopolye yaxınlığında mülki şəxslərin olduğu avtobusa zərbə endirməsi nəticəsində səkkiz nəfər həlak olub, yaralılar da var.

“Report”un məlumatına görə, bu barədə “RBK-Ukrayna” Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun video müraciətinə istinadən xəbər verib.

Məlumata görə, xilasetmə əməliyyatı davam edir.

“Təəssüf ki, rusların mülki şəxslərin olduğu avtobusa hücumu nəticəsində ölənlər var. İlkin məlumata görə, 8 nəfər həlak olub”, – o bildirib.

Bundan əlavə, Vilayət Hərbi Administrasiyasının rəhbəri atəş nəticəsində 5 nəfərin yaralandığını bildirib.