Rusiyanın Ukraynaya hücumu ən qısa müddətdə başlaya bilər.
7Times.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Kiyevdəki ABŞ səfirliyində diplomatlarla görüşü zamanı bildirib.
Dövlət katibi qeyd edib ki, Rusiya Ukrayna ilə sərhəddə heç bir təxribat və ya səbəb olmadan çox sayda hərbi qüvvə cəmləyib.
“Biz bu qüvvələrin ən qısa müddətdə daha da artırılması ilə bağlı planların həyata keçirildiyini bilirik və bu, Prezident Putinə Ukraynaya qarşı ən qısa müddətdə növbəti aqressiv addımlar atması imkanını verir”, – Blinken vurğulayıb.
Follow @7timesaz