Region

Rusiyanın Ulyanovsk şəhərində yanğında 3 nəfər ölüb

Rusiyanın Ulyanovsk şəhərində yanğında 3 nəfər ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ulyanovsk şəhərində yaşayış binasında baş vermiş yanğında azı 3 nəfər ölüb, daha 3 nəfər yanıq və zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

7Times.az xəbər verir ki, bu barədə eyniadlı vilayətin qubernatoru Aleksey Russkix özünün teleqram kanalında məlumat verib.

“Ölənlərin sayı 3-ə yüksəlib, yanıq xəsarətləri almış və yanma məhsullarından zəhərlənmiş 3 nəfər Mərkəzi Şəhər Klinik Xəstəxanasına və İxtisaslaşdırılmış Müalicə Mərkəzinə çatdırılıb”, – qubernator yazıb.