Dünya

Rusiyaya gedən təyyarə Misirdə təcili eniş etdi

Rusiyaya gedən təyyarə Misirdə təcili eniş etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinin Şarm əş-Şeyxdən Yekaterinburqa uçan “Airbus A-321” təyyarəsi Misirin kurort şəhərinin hava limanında məcburi eniş etməli olub.

7Times.az  Oxu.Az-a istinadən xəbər verir ki, təcili enişə səbəb 236 sərnişini olan təyyarənin mühərriklərindən birində texniki nasazlıq olub.
“Ural Hava Yolları” aviaşirkətindən bildirilib ki, uçuş təhlükəsizliyini təmin etmək məqsədilə təyyarə heyəti Misir hava limanına qayıtmaq qərarına gəlib və uğurla eniş edib.
Misir Mülki Aviasiya Nazirliyi isə heyətin peşəkarlığı sayəsində “Airbus A-321″in hava limanına qayıtmaq qərarının faciəli nəticələrin qarşısını aldığını bildirib.
Nasazlıq aşkar edildikdən və uğurlu enişdən sonra bütün sərnişinlər Şarm əş-Şeyx hava limanının beynəlxalq uçuşlar zalına yerləşdirilib. Reysin davam etdirilməsi üçün aviaşirkət ehtiyat təyyarə hazırlayıb.