Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus S-400 zenit-raket kompleksini məhv edib.
“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, raketlər Rusiya işğalı altında olan Donbasda məhv edilib. Ukrayna qırıcıları HIMARS sistemindən istifadə etməklə hava hücumundan müdafiə sistemini zərərsizləşdiriblər.
Bildirilib ki, həmin raket sistemi ilə iyunun 27-də Kramatorskdakı kafe vurulub.
Qeyd edək ki, kafeyə atılan raket hücumu nəticəsində 3-ü uşaq olmaqla 10-dan çox insan həlak olub. 65 nəfər xəsarət alıb, ölənlər arasında əcnəbilər də var.
Follow @7timesaz