Fransa prezidenti Emmanuel Makron Qərb dövlətlərini Rusiyaya qarşı zəiflik nümayiş etdirməməyə və ona güzəştə getməməyə çağırıb. Makron bunu avqustun 23-də “Krım platforması”nın ikinci sammitində onlayn çıxışı zamanı deyib.
Fransa prezidentin bildirib ki, Rusiya üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, öz seçimini etdi: “Biz heç bir zəiflik, heç bir güzəşt ruhu nümayiş etdirməməliyik, çünki söhbət hamı üçün azadlıqdan, dünyanın hər yerində sülhdən gedir”.
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov mövzu barədə fikirilərini Sfera.az-la bölüşüb.
T.Zülfüqarov bildirib ki, son günlər baş verənləri Rusiya-Ukrayna münaqişəsinin daha sərt hal almasına işarə kimi qiymətləndirmək olar:
“Müharibə və ondan qabakı hadisələri yada salsaq, görərik ki, danışıqların başlaması üçün müəyyən cəhdlər oldu, sonra isə sərt mövqelər sərgiləndi və hadisələr gərgin fazaya keçdi. Bir ara ümid edildi ki, Türkiyənin vasitəçiliyi ilə danışqlar olacaq, amma bu, baş vermədi və hərbi əməliyyatlar yenidən aktivləşdi”.
Politoloq vurğulayıb ki, sonuncu Lvov görüşündən sonra hiss olunur ki, tərəflər daha sərt taktika seçməkdə israrlıdır:
“Bunun üçün bəzi yollara da əl atırlar. Məsələn, Duqinin qızının öldürüməsini qeyd edə bilərik. Rusiya ictimaiyyəti Ukraynaya qarşı xüsusilə bu hadisədən istifadə edir. Digər tərəfdən, “Krım platforması”nda səslənən bəyanatlar onu göstərir ki, təkcə Makron yox, digər Qərb liderləri də Rusiyaya qarşı aqressiyanı artırır. Ehtimal olunur ki, yaxın dövrlərdə hərbi əməliyyatlar daha da sərt olacaq və aydındır ki, Krım yarımadasını əhatə edəcək. Eyni zamanda bu ehtimal da var ki, Rusiya özünə həmsərhəd olan rayonlarda da hərbi əməliyyatlar keçirəcək. Təəssüf ki, hər iki tərəf daha çox itkilər verəcəklər”.
Follow @7timesaz