Dünya

Rusiyaya qarşı sanksiyalar genişləndirildi

Rusiyaya qarşı sanksiyalar genişləndirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya və ABŞ metal ticarətində Rusiyaya qarşı sanksiyaları genişləndirib.

 

7Times.az  xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin və ABŞ Xəzinədarlığının yaydığı bəyanatda bildirilib.

 

Qeyd olunub ki, London Metal Birjası və Çikaqo Ticarət Birjası artıq öz anbarlarındakı alüminium, mis və nikel ehtiyatlarını Rusiya mənşəli xammal tədarük etməklə doldura bilməyəcək.

 

Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant bildirib ki, Londonun Vaşinqtonla birlikdə atdığı həlledici addım Rusiya metallarının iki ən böyük əmtəə birjasına çıxışının qarşısını almaqla bu ölkənin hərbi sənaye kompleksini maliyyə vəsaitindən məhrum edəcək.

Tətbiq olunan məhdudiyyətlər hər iki birjanın anbarlarındakı Rusiya metallarının mövcud ehtiyatlarına şamil edilmir, onlarla ticarət əməliyyatları hələ də aparıla bilər. Lakin hər iki birja artıq Rusiyanın misini, alüminiumunu və nikelini ala bilməyəcək. Yeni məhdudiyyətlər titan və platin qrupu metallarına şamil edilmir.