Rusiya ilə silah müqaviləsi Şimali Koreyaya pandemiya və sanksiyaların mənfi təsirini kompensasiya etməyə kömək edə bilər. Çox güman ki, Rusiyaya silah tədarükü Şimali Koreya iqtisadiyyatında artıma səbəb olacaq.
7Times.az xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” nəşrində yayımlanan məqalədə bildirilir.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, avqust ayından bəri Şimali Koreya Rusiyaya ümumilikdə bir milyona yaxın mərmidən ibarət 10 silah tədarükü edib. Digər mənbələrə görə, Pxenyan Rusiyaya ballistik raketlər də göndərib.
Məqalə müəllifləri vurğulayırlar ki, Şimali Koreyanın müdafiə sektoru ölkənin ən böyük işəgötürənlərindən biridir. Belə ki, 26 milyon əhalisi olan Şimali Koreyada 2 milyon insan məhz müdafiə sektorunda çalışır. Qeyd olunur ki, müdafiə sektoru kənd təsərrüfatı ilə birlikdə ölkə iqtisadiyyatına mühüm töhfə verir.
Media Ş. Koreyanın Rusiyaya artilleriya mərmilərinin satışından dövlətin ən azı 1 milyard dollar gəlir əldə edəcəyini proqnozlaşdırır.
“AzPolitika.info”
Follow @7timesaz