Maqazin

“Rusiyaya toya gedəndə bildim ki, qayıdanda atamı görməyəcəm, vidalaşıb getdim”

“Rusiyaya toya gedəndə bildim ki, qayıdanda atamı görməyəcəm, vidalaşıb getdim”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ömür boyu gözüm onu axtaracaq. Ona həm oğul idim, həm də qız. Ailəmizin, nəslimizin başı idi. Elə bilirdim ki, atam hər zaman mənimlə olacaq, heç vaxt düşünmürdüm ki, nə vaxtsa onu itirəcəyəm. Bəlkə də bilirdim ki, nə vaxtsa dünyadan köçəcək, amma yenə də bununla barışmırdım. Kim atasının, anasının itkisi ilə barışır kı?”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. Sənətçi atasının son günlərini belə xatırlayıb.
“20 il idi ki, atam ağır xəstəliyindən əziyyət çəkirdi, ürəyinə xüsusi aparat qoyulmuşdu, onunla yaşayırdı. Bir neçə ay bundan əvvəl səhhətində problemlər yaranmışdı, ürəyinə hava getmirdi, ayaqları şişib nə boyda olmuşdu. O qədər əzab çəkirdi, canı ağrıyırdı ki. Onun bu əzabı mənim ürəyimi partladırdı. Allaha yalvardım ki, sən ya atamı bu ağrı-acıdan xilas et yaşat, ya da ki, öz yanına apar. Onsuz da bu yaşamaq deyildi. Rusiyaya toya çağırmışdılar, gedəndə bildim ki, gələndə atamı görməyəcəyəm, ona görə də onunla vidalaşdım (ağlayır). Əllərindən, gözlərindən öpdüm. Dedim ki, sənə qurban olaram atam. Bir bilsəniz o bizə necə ata olub, bizi necə əziyyətlərlə böyüdüb. Əsl cəfakeş ata olub. Mən Rusiyada olanda vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdiriblər. Atam dünyasını dəyişəndə tək olub. Mən Azərbaycana gələndə artıq onu dəfn etmişdilər. Öz-özümə deyirəm ki, görəsən yanında olsaydıq o bizdən son dəfə nə istəyərdi?! (ağlayır). Bir vəsiyyət etmişdi ki, məni qardaşımın yanında dəfn edin. Biz də onun son vəsiyyətini yerinə yetirdik” deyə müğənni bildirib.