Ukraynanın cənubundakı rus hərbçilərin müdafiədə qarşılıqlı əlaqə və rabitəsi yoxdur. Nəticədə onlar Ukrayna qoşunlarının irəliləməsinə qarşı heç nə edə bilmirlər.
7Times.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.
O qeyd edib ki, düşmənin hər hansı müdafiə xəttini yarmaqdan söhbət gedəndə başa düşmək lazımdır ki, hər bir belə xəttin – xüsusən də ikincinin – bir neçə xətti var:
“Birinci xətt, ikinci xətt… Və onlar bir-biri ilə bağlıdır, müəyyən əlaqə var. Əgər biz birbaşa Zaporojye bölgəsindən, Novoprokopovka – Verbovo – Oçeretovatoye üçbucağından danışırıqsa, deməli söhbət təkcə bu üçbucaqdan getmir”.
Onun sözlərinə görə, rusların müdafiədə qarşılıqlı fəaliyyət daha geniş cəbhə xətti boyunca həyata keçirilir:
“Dörd əsas bağlantı mərkəzi var ki, onların bir-birinə bağlanması ruslara effektiv müdafiə aparmaq imkanı verir. Ancaq bu gün belə bir əlaqə yoxdur – həm Verbovoy, həm də Novoprokopovka və Kopan ərazisində”.
Follow @7timesaz