Rusiya Ukraynanın şərqindəki Kostiantinivka şəhərində yaşayış binalarına zərbə endirib.
Yenisabah.az xəbər verir ki, bu barədə Donetsk qubernatoru Pavlo Kırilenko bildirib.
Onun qeyd edib ki, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 14 nəfər yaralanıb. Dörd yaşayış binası və bir otelə ziyan dəyib.
“Xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları insanlara kömək etmək və rus işğalçılarının daha bir cinayətini diqqətlə sənədləşdirmək üçün hadisə yerində işləyirlər”, – Kırilenko “Telegram” kanalında yazıb.
Follow @7timesaz