Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) sorğusuna əsasən, Rusiya prezidenti Vladimir Putinə Rusiya vətəndaşlarının 80,1%-i etibar edir.
7Times.az Rusiyanın Mk.ru saytına istinadən bildirir ki, Putinin dövlət başçısı kimi fəaliyyəti sorğuda iştirak edənlərin 76,4%-i tərəfindən bəyənilib.
Bundan başqa, ruslar aşağıdakı dövlət adamlarına da etibar edir:
Rusiyanın baş naziri Mixail Mişustin (62%)
Kommunist Partiyasının lideri Gennadi Zyuqanov (35,9%)
“Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının lideri Sergey Mironov (30,9%)
Ruslar Liberal Demokrat Partiyasının lideri Leonid Slutskiyə (19,2%) bir qədər az güvənir.
“Yeni Xalq” partiyasının rəhbəri Aleksey Neçayevə respondentlərin 9%-i etimad göstərir.
Eyni zamanda məlum olub ki, Rusiya liderinin fəaliyyətini sorğu iştirakçılarının 76,4%-i, baş nazirin fəaliyyətini 52,5%-i, Rusiya hökumətinin fəaliyyətini 50%-i bəyənir.
Sorğu 2023-cü il mayın 8-dən mayın 14-dək 18 və yuxarı yaşda olan 1,6 min nəfər arasında keçirilib.
Yeganə
Follow @7timesaz