İdman

“Ruslarla iş görmək istəmədik”

“Ruslarla iş görmək istəmədik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Sassuolo” klubunun direktoru Covanni Karnevali müdafiəçi Rocerionu Moskva “Spartak”ına niyə satmadıqlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, “La Gazzetta dello Sport” onun dediklərini belə çatdırıb:

“Doğrudurmu ki, biz Rocerionu Moskva “Spartak”ına etik səbəblərdən satmamışıq? Tamamilə doğrudur. Danışıqları onun agenti aparırdı. 8 milyon avroluq ciddi təklif var idi. Ancaq hər şeyi təhlil edərək satmamağa qərar verdik. Biz ruslarla iş görmək istəmədik. Onu 2024-cü ildə havayı itirə bilərik? Hə, elədir. Amma istədik ki, vicdanımız təmiz olsun. Məlum ölkə ilə əməkdaşlıq fikrindən vaz keçdik. Rojerio yenə satılır. Başqa təkliflər gəlsə, dəyərləndirəcəyik”.