Dünya

Rza Zərrabın məhkəmə işi ilə bağlı yenilik: Daha 50 məxfi sübut aşkarlandı

Rza Zərrabın məhkəmə işi ilə bağlı yenilik: Daha 50 məxfi sübut aşkarlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-da 2015-ci ildən bəri davam edən Rza Zərrab işinə iki yeni məxfi sənəd əlavə edilib.
AZXEBER.COM xarici kiv-ə istinadən xəbər verir ki, ABŞ-da Rza Zərrab davasında uzun müddətdən sonra iki yeni məxfi sənədin əlavə edilməsi bir çox suallar yaradıb.
2015-ci ildə başlayan Rza Zərrab məhkəməsində uzun sürən səssizlikdən sonra ötən həftə işə iki yeni məxfi sənəd əlavə edilib.
Beləliklə, işin əvvəlindən məxfiliklə əlavə edilən sənədlərin sayı 50-ni keçib.
2022-ci ilin iyun və mart aylarında bu iş üzrə cəmi üç əməliyyat aparılıb, onlardan yalnız ikisi məxfi sənədlər olub. Vəkillər uzun müddətdən sonra iki məxfi sənədin yenidən iş arxivinə daxil olması ilə Zərrab işində yeni proseslərin ola biləcəyinə diqqət çəkiblər.
Xatırladaq ki, İran və Türkiyə vətəndaşı olan Rza Zərrab 2016-cı ildə çirkli pulların mənimsənilməsində ittiham edilərək ABŞ-da həbs edilib və etdiyi sövdələşmədən sonra sərbəst buraxılıb. Həm Türkiyə, həm də ABŞ mətbuatının diqqətini çəkən işə Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayan, Halkbank-ın keçmiş baş direktor müavini Mehmet Hakan Atilla və Halkbank-ın müttəhim kimi əlavə olunması iddia edilib.
Qeyd edək ki, vəkillər onu da bildirib ki, Zərrabın etiraflarının hələ də davam edəcəyi ehtimalı böyükdür.