Dünya

Saakaşvili müddətsiz aclıq aksiyasına başladı

Saakaşvili müddətsiz aclıq aksiyasına başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müddətsiz aclıq aksiyasına başladığını elan edib.

7Times.az xəbər verir ki, bu barədə eks-prezident bu gün keçirilən məhkəməsində bildirib.

Gürcü siyasətçi aclığa səbəb kimi hazırda saxlanıldığı Rustavi həbsxanasında pis müalicə olunduğunu göstərib.

“Rəhbərlik istəyir ki, mən belə sakitcə ölüm. Amma alınmayacaq. Lazım gələrsə, başım dik şəkildə ölərəm. Bu gündən etibarən müddətsiz aclıq aksiyasına başladığımı elan edirəm”, – deyə Saakaşvili bildirib.

Qeyd edək ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, 6 il müddətinə həbs olunub.