Saakaşvili reanimasiyaya yerləşdirilib

Saakaşvili reanimasiyaya yerləşdirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Penitensiar Xidməti huşunu itirərək yıxılan eks-prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı məlumat yayıb.

7times.az gürcü mediasına istinadən xəbər verir ki, məlumata görə, Saakaşvilinin vəziyyəti stabildir və vəkili Nika Qvaramiya onun yanındadır.

Qvaramiya isə jurnalistlərə açıqlamasında bildirib ki, Saakaşvili reanimasiyaya yerləşdirilib. Reanimatoloqun sözlərinə görə, eks-prezidentin təzyiqi 180-ə qalxıb.

Həkimlər qrupu Saakaşvilinin vəziyyəti pisləşdikdən sonra səhiyyə naziri Yekaterina Tkaradze ilə görüşə yollanıb.