Aktual

Saakaşvilinin meyitdən fərqi yoxdur, sanki bu dəqiqə öləcək – Vəkili

Saakaşvilinin meyitdən fərqi yoxdur, sanki bu dəqiqə öləcək – Vəkilibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin vəkili onun səhhəti barədə son açıqlama verib.

7Times.az  bakupost-a istinadən xəbər verir ki, eks-prezidentin vəkili Şalva Xaçapuridze onun vəziyyətini ölü ilə müqayisə edib.

O, bildirib ki, siyasətçinin səhhəti çox ağırlaşıb:

“Saakaşvili çox ağır durumdadır. Üzü göyərib, əlləri gücsüzdür. Üzünə baxanda sanki meyitdir. Elə bil ki, 2-3 gün qabaq ölmüş insanın simasıdır. Çox ağır durumdadır. Onun xəstəlikləri Gürcüstanda müalicə oluna bilməz”.

Vəkil Saakaşvilinin cəzasının həkimlər qəti rəy verənə qədər təxirə salınmasının vacibliyini qeyd edib: “Onun üçün xüsusi yer lazımdır ki, o müalicə olunsun”.

Hazırda Saakaşvili may ayından köçürüldüyü özəl klinikada yatır. Amma səhhətində irəliləyiş yoxdur.