Siyasət

Saakaşvilinin partiyası fövqəladə rejimə keçdi

Saakaşvilinin partiyası fövqəladə rejimə keçdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın müxalifət partiyası Vahid Milli Hərəkat parlamentdəki fəaliyyətini dayandırıb və fövqəladə rejimə keçib.

7Times.az  xəbər verir ki, bunu partiyanın yeni sədri Levan Xabeişvili deyib.

Xabeişvili Tiflis məhkəməsinin Mixail Saakaşvilini həbsdə saxlaması qərarından sonra hakim partiyaya müraciət edib:

“Sizin qayğısız həyatınız bitdi. Partiyamızın Gürcü Arzusu ilə oynamağa vaxtı yoxdur. Çünki Gürcüstanın üçüncü prezidentinin həyatı təhlükədədir. Tiflis etirazın mərkəzinə çevriləcək və partiyanın regionlardan olan nümayəndələri ilə tədbirlər planı hazırlamaq üçün paytaxtda görüşəcəyik”.