Saakaşvilinin son vəziyyəti necədir?

Saakaşvilinin son vəziyyəti necədir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili çətinliklə hərəkət edir. Üstəlik onun dərisinin saraldığı aydın şəkildə sezilməyə başlayıb”.

“7times” xəbər verir ki,  bu barədə məlumatı gürcü siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze açıqlayıb.

Onun özlərinə görə, Saakaşvilinin dərisinin saraldığı digər günlərlə müqayisədə daha aydın hiss olunur. Buna səbəb isə siyasətçinin uzun müddətdir aclıq aksiyası keçirməsidir.

Həkim bildirib ki, ən son Saakaşvilini ziyarət etdikdə o, görüş üçün otağa gələ bilməyib və həkim onun yanına palataya qalxıb.

Qeyd edək ki, Saakaşvili üçün yaradılmış xüsusi həkim qrupu keçmiş Prezidentin kritik vəziyyətdə olduğunu bəyan edib. Bildirilir ki, həbsxana xəstəxanası yaxşı təchiz olunmasına baxmayaraq, bura bu cür kritik vəziyyətdə olanların müalicəsi üçün uyğun deyil.

Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın 1-i saxlanıldığı gündən aclıq aksiyası keçirir. O, səhhəti ilə bağlı 12 saylı Rustavi həbsxanasından Tbilisidə yerləşən 18 saylı həbsxanaya köçürülüb. Saakaşvili orada cəzaçəkmə müəssisəsinin xəstəxanasına yerləşdirilib.//Qafqazinfo