Dünya

Sabah Aİ ölkələrinə Avropanın yenidən silahlanması planı təqdim ediləcək

Sabah Aİ ölkələrinə Avropanın yenidən silahlanması planı təqdim ediləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının (AK) Prezidenti Ursula von der Leyen martın 4-də Aİ ölkələrinə Avropanın yenidən silahlanması planını təqdim edəcəyini bildirib.

7Times.az xəbər verir ki, bu barədə Ursula von der Leyen mətbuat konfransında bildirib.

“Bizə müdafiədə böyük bir artım lazımdır və şübhəsiz ki, buna ehtiyac var. Biz davamlı sülh istəyirik, lakin davamlı sülh yalnız güc üzərində qurula bilər”, – Ursula von der Leyen vurğulayıb.