Fələstinin HƏMAS hərəkatı fevralın 8-də üç israilli əsiri azad etmək niyyətində olduğunu açıqlayıb.
7Times.az xəbər verir ki, onların arasında Almaniya vətəndaşı Ohad Ben-Ami də var.
Bəyanatı HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının nümayəndəsi Əbu Ubeydə yayıb.
“İsrail ilə girovların mübadiləsi razılaşmasının bir hissəsi olaraq, biz şənbə günü, fevralın 8-də Eliyahu Şarabi, Or Levi və Ohad Ben-Amini azad etmək qərarına gəldik”, – Əbu Ubayda teleqram kanalında yazıb.
Follow @7timesaz