İdman

“Sabah” “Keşlə”yə, “Neftçi” “Səbail”ə qarşı

“Sabah” “Keşlə”yə, “Neftçi” “Səbail”ə qarşıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura start veriləcək.

7times.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Sabah”la “Keşlə” üz-üzə gələcək. Günün digər oyununda son çempion “Neftçi” “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.

“Sumqayıt” bu tur “Zirə”ni (28 noyabr), “Qəbələ” isə “Qarabağ”ı (29 noyabr) qəbul edəcək.

Azərbaycan Premyer Liqası
12-ci tur
27 noyabr

“Sabah” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev.
Masazır. “Bank Respublika Arena”, 16:00.

“Neftçi” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Bakı. “Bakcell Arena”, 18:15.

Qafqazinfo.az