Dünya

Sabah Türkiyə TŞ-nin mühüm iclası keçiriləcək

Sabah Türkiyə TŞ-nin mühüm iclası keçiriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Təhlükəsizlik Şurası sabah Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərini müzakirə edəcək.

 

7Times.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Finlandiya və İsveç mayın 18-də Ukraynada baş verən hadisələr fonunda NATO-nun baş katibi Yens Stoltenberqə alyansa qoşulmaq üçün ərizə verib.

Daha əvvəl bildirilib ki, Türkiyə bu müraciətlərə baxılması prosesinin başlanmasına mane olub. Türkiyə prezidenti deyib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri ilə münasibətləri barədə verdiyi vədlərə inana bilmir.

Mayın 24-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, ölkənin İsveç və Finlandiya ilə bu ölkələrin terrorizmə dəstəyini dayandırmaq üçün konkret addım atması ilə bağlı yazılı razılaşmaya ehtiyacı var.