UEFA Avropa Konfrans Liqasında ötən gün keçirilən matçlardan sonra UEFA-nın ölkələr üçün yeni reytinq cədvəli açıqlanıb.
7Times.az xəbər verir ki, “Sabah”ın Latviya RFŞ-ini (2:1), “Neftçi”nin Bosniya və Herseqovina “Jelezniçar”ını (2:0) məğlub etməsi Azərbaycanın xal ehtiyatını artırıb. “Qəbələ” isə Kiprdə “Omoniya”ya uduzaraq (4:1) xal qazana bilməyib.
“Sabah” və “Neftçi”nin qələbələrinə görə ümumilikdə ölkəmizin hesabına 0,500 xal əlavə edilib. Azərbaycanın mövsüm üçün ümumi qazancı 1,500-ə, son beş mövsümün ümumi balansı isə 15,750-yə çatıb.
Qazanca baxmayaraq, Azərbaycanın mövqeyi dəyişməyib. Ölkəmiz əvvəlki kimi 29-cudur. 28-ci Slovakiyanın 16,500 xalı var.
Follow @7timesaz