Ölkə

Sabaha olan hava PROQNOZU

Sabaha olan hava PROQNOZUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 7times.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.