Bəzi insanlar Məsud Yılmazın vəfat etməsi, reanimasiyaya yerləşdirilməsi ilə bağlı xəbərlər yaydılar.
7times.az xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri Məsud Yılmazın dostu, “Qalatasaray” klubunun ikinci prezidenti Əbdürrəhim Albayraq deyib.
O belə yalan xəbərlər yayanları sərt şəkildə tənqid edib.
“Məsud Yılmaz reanimasiyada deyil, otağındadır, müalicəsi davam edir. Ağır günlər keçiririk. O, milyonlarla insanın sevgisini qazanmış biridir”, – Ə.Albayraq bildirib.
Qeyd edək ki, sabiq baş nazir bu ilin mayın 5-də beyin əməliyyatı keçirib. axar.az
Follow @7timesaz