Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş millət vəkili Burhan Kuzu koronavirusdan dünyasını dəyişib.
7times.az-ın xəbərinə görə, təxminən iki həftədir özəl xəstəxanada koronavirus xəstəliyindən müalicə alan siyasətçi 65 yaşında vəfat edib.
Qeyd edək ki, Burhan Kuzu 2002-2015-ci illərdə Türkiyə Böyük Millət Məclisində deputat kimi fəaliyyət göstərib.Qafqazinfo
Follow @7timesaz